Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir İ.Əlizadə/
Bir şəxsin iki dəfədən çox ölkə prezidenti vəzifəsinə seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılması üçün Azərbaycanda referendumun keçirilməsinin mümkünlüyü müəyyən siyasi qrupların ayrı - ayrı nümayəndələrinin dövlətin inkişaf perspektivləri baxımından təşşəbbüsüdür.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin ölkə prezidenti vəzifəsinə iki dəfədən artıq seçilməsinə qadağa qoyan maddənin Azərbaycan Konstitusiyasından çıxarılması üçün referendum keçirməyi təklif edir.
Azərbaycanın Konstitusiyası ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsinin əsasıdır və bu gün Əsas Qanun kimi, ölkənin hər bir vətəndaşının ardıcıl iki dəfədən artıq olmamaq şərtilə seçilmək imkanına zəmanət verir, - Azərbaycan Prezidenti İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov cümə günü Trend -a bildirib.
Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinə əsasən, heç kəs iki dəfədən artıq ardıcıl prezident vəzifəsinə seçilə bilməz. Prezidentin səlahiyyət müddəti beş il təşkil edir.
"Konstitusiyaya dəyişikliklərin edilməsi üzrə referendumun keçirilməsi haqqında qərar isə - bu, müəyyən siyasi və ictimai qrupların ayrı-ayrı nümayəndələrinin dövlətin inkişaf perspektivlərinə baxışını əks etdirir", - Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri bildirib.
"Bir şəxsə iki dəfədən artıq ardıcıl prezident seçilməyi qadağan edən maddə demokratik prinsiplərə cavab vermir və demokratiyanı məhdudlaşdırır", - YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov əvvəllər Trend -a bildirib.
YAP- ın nümayəndəsi hesab edir ki, Konstitusiyada belə limit olmamalıdır. "Konstitusiya bir şəxsə bir neçə dəfə deputat seçilmək hüquq verir. Lakin prezidentin seçilməsinə məhdudiyyətlər qoyulub. Güman edirik ki, Konstitusiyada bu olmamalıdır. Buna görə də, Konstitusiyaya dəyişikliklər etmək lazımdır və biz belə təşəbbüslə çıxış edirik", - Novruzov bildirib.
Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılmasına zərurət yoxdur.
Yeni Azərbaycan Partiyası 1992-ci ildə, o zaman Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləmiş Heydər Əliyev tərəfindən yaradılıb. 15 ildən çox hakimiyyətdə olan partiyanın sədri prezident İlham Əliyevdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]