...

Bakıda Azərbaycan - Amerika münasibətlərinin gələcəyi müzakirə ediləcək

Siyasət Materials 11 Noyabr 2008 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Novruzov/ABŞ - dan olan senator Bob Kroker Azərbaycana hazırki səfəri çərçivəsində, Bakıda Azərbaycan - Amerika münasibətlərinin perspektivlərini müzakirə edəcək. Amerikalı senator ikitərəfli münasibətlərin müxtəlif məsələlərinin nəzərdən keçirilməsi üçün noyabrın 11- də Bakıya gəlib.

İlk dəfə Tennesi ştatından senator seçilmiş Kroker, azərbaycanlı deputatlar da daxil olmaqla, ölkənin ali rəhbərliyi ilə görüşəcək. Hökumətdə və özəl sektorun nümayəndələri ilə görüşlərdə enerji məsələləri üzrə rəy mübadiləsi planlaşdırılır.

Senator Kroker ABŞ Senatının xarici əlaqələr komitəsinin, həmçinin, enerji və təbii ehtiyatlar üzrə komitənin üzvüdür. Sabah senator Qazaxıstana yola düşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti