...

Mali Respublikasının prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib

Siyasət Materials 11 Noyabr 2008 23:36 (UTC +04:00)

Mali Respublikasının prezidenti Amadu Tumani Ture Azərbaycan prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

"Ölkənizin ən ali vəzifəsinə yenidən parlaq qələbə ilə seçilməyiniz münasibətilə Sizə Mali xalqı adından və öz adımdan ən səmimi və xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi naminə Sizinlə birgə çalışmağa daim hazır olduğumu bildirmək istəyirəm" - deyə təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti