...

Ermənistan öz ərazisində Rusiyanın yeni bazalarının tikilməsi haqqında məlumatları təkzib edir

Siyasət Materials 12 Noyabr 2008 16:09 (UTC +04:00)

Gürcütan, Tbilisi, 12 noyabr/ Trend , müxbir N. Kirtsxaliya/ Ermənistan öz ərazisində Rusiyanın yeni bazalarının tikilməsi haqqında məlumatları təkzib edir. Bu gün Gürcüstanın müdafiə naziri David Kezeraşvili erməni həmkarı Seyran Ohanyanla görüşdən sonra belə deyib.

"Biz öz həmkarımızdan Rusiyanın öz hərbi bazalarının tikilməsi ilə bağlı planları barədə maraqlandıq, amma onlar bu məlumatı təkzib etdilər" - gürcü nazir bildirib.

Bir ay əvvəl Gürcüstan və Rusiya KİV-ində, rusların iki əlavə hərbi baza tikmək niyyətində olmaları barədə məlumatlar yayıldı, onlardan birinin Gürcüstanla sərhəddə yerləşəcəyi bildirilirdi. 

Kezeraşvilinin sözlərinə görə, tərəflər ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Jurnalistlərin suallarını cavablandıran erməni nazir gürcü KİV-in avqust hadisələri zamanı Tbilisini və Gürcüstanın digər bölgələrini bombalayan Rusiya təyyarələrinin Ermənistanda yerləşən hərbi bazalardan uçmaları barədə məlumatlarını təkzib edib. 

Bu gün Ermənistanın müdafiə naziri Gürcüstanın ərazi bütövlüyü uğrunda haəlak olanların memorialına çələng qoyacaq, Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili ilə görüşəcək.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti