...

Qırğızıstanın cənubunda zəlzələ baş verib

Siyasət Materials 14 Noyabr 2008 10:02 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 14 noyabr / Trend , müxbir R.Məşədihəsənli/  Qırğızıstanın cənubunda Nura Alay rayonunun Oş vilayətində zəlzələ baş verib.

Bu bərədə Trend -un müxbirinə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Noyabrın 14-də yerli vaxtla saat 2:51 radələrində 5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri Çin ilə sərhəd ərazidə, Nura kəndindən 40 kilometr cənub-şərqə müşahidə edilib.

İlikin məlumatlara görə xəsarət alanlar və  dağıntılar yoxdur.

Oktyabrın 5-də Nura kəndində 8 bal gücündə zəlzələ baş verib. Nəticədə 157 nəfər xəsarət alıb, 42 uşaq, 38 qadın, 36 kişi vəfat edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti