Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 18-də saat 14.05-dən 14.25-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisində, İcevan rayonu Berkaber və Azatamut kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonun Aşağı Əskipara, Bağanes Ayrım, Qızılhacılı, Cəfərli, kəndləri ərazisində yerləşən mövqelərini, saat 17.00-dən 17.15-dək Goraboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.55-dən 19.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.50-dən 21.10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.25-dən 21.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 19-da saat 01.30-dan 02.05-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Alxanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.20-dən 01.00-dək fasilələrlə Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 02.00-dək fasilələrlə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 02.15-dək fasilələrlə Ağdam rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.