...

Azərbaycan-Rusiya münasibətlərinin inkişafı regional proseslər üçün mühüm əhəmiyyət kəsb edəcək - prezident

Siyasət Materials 21 Noyabr 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev Bakıda "Azərbaycan XX I əsrdə - uğur strategiyası" mövzusunda keçirilən Dəyirmi masa iştirakçıları ilə görüşdə bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin gələcək inkişafı regional proseslərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.

Prezidentin sözlərinə görə, bunun üçün ölkə rəhbərlərinin siyasi idarəsi, güclü hüquqi baza və imzalanan sənədlər var. "Sənədlər bizim niyyətimizi əks etdirir və ən başlıcası dostluq və qarşılıqlı hörmətə söykənən münasibətlər qurmağa imkan verir. Bu, regional proseslərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək", - deyə dövlət rəhbəri bildirib.

Prezident Azərbaycan və Rusiya arasında mövcud olan münasibətləri xoş qonşuluq və strateji əməkdaşlıq kimi xarakterizə edib.

"Azərbaycan bu münasibətlərin inkişafından çox məmnundur. Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz və bütünlükdə Qafqaz və Xəzər regionu üçün olduqca mühümdür. Ümid edirik ki, Rusiya ilə ikitərəfli münasibətlər gələcəkdə də uğurla inkişaf edəcək", - prezident qeyd edib.

İlham Əliyev bildirib ki, Sovet dönəmində və müstəqillik illərində respublikanın inkişafına öz töhfəsini verən Azərbaycanın rusdilli əhalisi ölkənin ictimai həyatında mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti