...

Bədxahlar İran - Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını istəmirlər – daxili işlər naziri

Siyasət Materials 21 Noyabr 2008 18:37 (UTC +04:00)

Tehran, İran, 21 noyabr/ Trend , müxbir T.Cəfərov/ "Bədxahlar İran - Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını istəmirlər, - İranın daxili işlər naziri Məhəmməd Sadiq Məhsuli Trend -a bildirib.

Lakin nazir "bədxahlar" sözü altında hansı ölkələri nəzərdə tutuduğunu dəqiqləşdirməyib.

Onun sözlərinə görə, Azərbaycan və İran münasibətlərini elə qurmalıdırlar ki, bu münasibətlər artan xətt üzrə irəliləsin və tərəflərin bunun üçün böyük potensialı var.

"Biz, bədxahlara diqqət yetirməyərək, münasibətlərimizi özümüz quracağıq", - Məhsuli bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan -  [email protected]

Xəbər lenti

Xəbər lenti