Gürcüstan, Tbilisi, 22 noyabr / Trend müxbir N.Kirtsxalia/ Polşa prezidenti Lex Kaçinski noyabrın 23-də Tbilisiyə səfər edəcək. Bu barədə Trend -a Gürcüstan prezidentinin administrasiyasından xəbər veriblər.
Gürcüstan prezidenti ilə görüşdən sonra Tsxinval regionu və Kodor dərəsindən olan qaçqınlarla həmrəylik günü qeyd ediləcək. Sonra Gürcüstan incəsənət nümayəndələrinin iştirakı ilə xeyriyyə konserti keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]