...

Azərbaycan nüvə terrorçuluğuna qarşı mübarizə üzrə beynəlxalq Konvensiyaya qoşulub

Siyasət Materials 2 Dekabr 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti ölkənin nüvə terrorçuluğuna qarşı mübarizə üzrə beynəlxalq Konvensiyaya qoşulmasını təsdiq edib. "Lakin Azərbaycan Beynlxalq Konvensiyaya xüsusi şərtlə qoşulur. Rəsmi Bakı Ermənistanın işğalı alıtında olan Azərbaycan ərazilərində həmin torpaqlar geri qaytarılana qədər bu Konvesiyanın həyata keçirilməsinə təminat vermir və həmin ərazilərdəki vəziyyətə görə məsuliyyət daşımır", - bu barədə Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Trend - un məlumatına görə, iclasda Azərbaycanın "Nüvə terrorçuluğu əməllərinə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyaya qoşulması məsələsi müzakirə olunub.

Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991- ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Əsgərov qeyd etib ki, Azərbaycanın Konvensiyaya qoşulması parlametin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında geniş müzakirə olunub. 2005 - ci ildə Nyu -York şəhərində imzalanıb. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizə üzrə 15 Konvensiyaya qoşulub.

"Bu sənəd Azərbaycanın milli maraqlarına uyğundur", - deyə Əsgərov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti