...

Azərbaycan müxalifətinin birliyi layihələrində geniş koalisiya üçün konkret təkliflər yoxdur

Siyasət Materials 2 Dekabr 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycan müxalifətinin daha geniş birliyinin yaranması ilə bağlı hazırlanan layihələrin heç birində konkret təkliflər yoxdur.

"Mən söz güləşdirməkdən yorulmuşam. Bunlar gündə bir bəyanat verib, bir-birinə söz atmaqla məşğuldurlar",- çərşənbə axşamı Trend -a Müxalifətin Əməkdaşlıq Mərkəzində (MƏM) təmsil olunan "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.

Trend - un arayışı: Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları müxalifətin gələcək əməkdaşlığını nəzərdə tutan layihələr hazırlayıblar.

Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar üzündən müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

Onun sözlərinə görə, həmin layihələrdə müxalifətin gələcək seçkilərdə vahid bir blokda iştirakı müddəası konkret olaraq qeyd edilməlidir.

"Mən mövqeyimi bildirmişəm. Fikrimcə, biz daha konkret və daha ciddi əməkdaşlığı nəzərdə tutan sənəd ətrafında müzakirə aparmalıyıq", - Namazov qeyd edib.

ANİF rəhbəri düşünür ki, əməkdaşlıq çox konkret olmalıdır və seçkilərdə bir yerdə iştirak etmək iradəsi orada əksini tapmalıdlır: "İstrədim ki, təkcə danışıqlarda iştirak edən siyasi qurumlar deyil, ümumiyyətlə, demokratik düşərgənin böyük bir hissəsi birləşsin və biz vahid bir seçki blokunda gələcək seçkilərə hazırlaşaq. Hədəfləri konkret göstərmədən, birlik yaranması üçün konkret iradə nümayiş etdirmədən, gələcək seçkilərdə ciddi nəticələ əldə etmək mümkün olmayacaq " - Namazov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti