...

Hərbi Attaşelər Assosiasiyası Gürcüstan hərbi qüvvələrinin inkişaf perspektivlərini nəzərdən keçirəcək

Siyasət Materials 4 Dekabr 2008 15:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 dekabr / Trend , müxbir N.Kirtsxalyia/ Gürcüstan Müdafiə Nazirliyində ölkədə akreditə olunan hərbi attaşelərin Assosiasiyası ilə görüş keçirilib.

Qonaqları Gürcüstan Hərbi Qüvvələrinin Birləşmiş Qərargahının rəisi, polkovnik Vladimir Çaçibaya qəbul edib, - Müdafiə Nazirliyindən xəbər veriblər.

Assosiasiyanın bir müddət əvvəl təyin olunan prezidenti, ABŞ-ın hərbi attaşesi polkovnik Metyu Brend qurum üzvlərini Birləşmiş Qərargah rəhbərinə şəxsən təqdim edib. Görüşdə eyni zamanda Gürcüstan Müdafiə Nazirliyinin strateji planlaşdırma, hərbi siyasət və operativ planlaşdırma departamentlərinin rəhbərləri iştirak ediblər.

Tərəflər Gürcüstan silahlı qüvvələrinin gələcək inkişaf və yenidənqurma perspektvlərini müzakirə ediblər. Polkovnik Brend Assosiasiya adından Tbilisiyə ordunun yenidən formalaşması prosesində yardım göstərməyə hazır olduqlarını bildirib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti