...

Əfqanıstanın Milli Ordusunun gücləndirilməsi terrorçuluğa qalib gəlməyin yeganə yoludur - Corc Buş (yenilənib)

Siyasət Materials 15 Dekabr 2008 13:16 (UTC +04:00)

Əfqanıstan, Kabil, 15 dekabr/ Trend , müxbir A.Hakimi/ Son yeddi ildə Əfqanıstanda inkişaf müşahidə olunub, lakin terrorçuluq üzərində tam qələbə qazamaq üçün ordunu gücləndirmək lazımdır. Bu barədə bazar ertəsi Kabildə keçirilən mətbuat konfransında ABŞ prezidenti Corc Buş bildirib.

Onun sözlərinə görə, əfqan xalqının ölkənin inkişafında iştirakı mühümdür.

Corc Buş bazar günü axşam Kabilə səfərə gəlib. O, Behram aeroportunda yerləşdirilən ABŞ Hərbi Hava Qüvvələri ilə görüşüb. Daha sonra Əfqanıstan prezidenti Hamid Kərzai ilə birgə mətbuat konfransı keçirib.

Buş son yeddi il ərzində Əfqanıstanın təhlükəsizlik sahəsində uğurların əldə olunduğunu qeyd edib. O, bildirib ki, bu nailiyyətlər iki dəfə artırılmalıdır.

"Ağ Evin yeni administrasiyası əvvəlki siyasəti davam etdirəcək, Əfqanıstan bizim üçün prioritet vəzifələrdən biri kimi qalacaq", - deyə Buş vurğulayıb.

Kərzainin sözlərinə görə, Amerika qoşunları Əfqanıstanda həmişəlik qalmayacaqlar. O söyləyib ki, ölkədə vəziyyət qeyri-stabil olduğu üçün, ABŞ qüvvələri hələ burada qalacaq

"Mən son yeddi ildə Əfqanıstanda baş verən müsbət dəyişikliklərə görə, Corc Buşa münnətdarlığımı bildirimək üçün ondan ölkəmizə gəlməyi xahiş etdim", - deyə Kərzai bildirib.

"Biz Əfqanıstanda prezident seçkisini səbrsizliklə gözləyirik. Əfqan xalqının seçkidə iştirakı dövlətdə dəyişikliklər üçün əla imkandır", - deyə Buş bildirib.

Əfqanıstanda 31 min Amerika əsgəri xidmət edir. 2009-cu ildən başlayaraq, ordu kontingenti 20 minədək artırılacaq.

Əfqanıstanda prezident seçkisi 2009 - cu ilin noyabrında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti