...

Türkiyənin hakim partiyası Azərbaycanın siyasi partiyaları ilə əməkdaşlığı dəstəkləyir

Siyasət Materials 16 Dekabr 2008 15:09 (UTC +04:00)
Türkiyənin hakim partiyası Azərbaycanın siyasi partiyaları ilə əməkdaşlığı dəstəkləyir

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir B. Həsənov/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Azərbaycan və Türkiyənin siyasi partiyaları arasında müzakirələrin başlanmasını dəstəkləyir.

"Hakim partiyanın deputatı kimi, Azərbaycanın siyasi partiyaları ilə əməkdaşlıqda iştirak etmək istərdim", - deyə Türkiyənin hakim partiyasının deputatı, Türkiyə -Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Cəlal Erbay çərşənbə axşamı Ankaradan telefonla Trend - a bildirib.

Azərbaycan parlamentində təmsil olunan altı partiya -Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Ədalət, Demokratik İslahatlar və Ümid Türkiyənin siyasi partiyaları arasında görüşün keçirilməsi məsələsində razılığa gəliblər.

"Biz Azərbaycan və Türkiyə parlamentlərində təmsil olunan partiyalar arasında konfransın Bakıda keçirilməsini nəzərdə tuturuq", -bu barədə ötən cümə günü Trend - a görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edən Ana Vətən Partiyasının (AVP) sədri, parlamentin deputatı Fəzail Ağamalı bildirib.

İki ölkənin siyasi partiyaları arasında belə bir görüşün keçirilməsi Türkiyə -Ermənistan münasibətləri ilə əlaqədardır. Hər iki cəmiyyətdə yaranan narahatlğı aradan qaldırmaq üçün, Azərbaycan və Türkiyənin siyasi partiyalarının yaranmış vəziyyəti müzakirə etməsi təklif olunur.

Ermənistan - Türkiyə əlaqələri 1993 - cü ildən kəsilib. Səbəb -- Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 % ərazisini işğal etməsi olub. Bu il sentyabrın 6 - da futbol üzrə Avropa Çempionatı qrup oyunları çərçivəsində keçirilən Ermənistan -Türkiyə oyununa Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Erbay iki ölkə arasında bütün mövzularda və bütün qurum və təşkilatlarla əlaqə, dialoq və əməkdaşlığı faydalı hesab etdiyini bildirib.

"Bu cür əməkdaşlıqlar iki ölkənin və eyni köklərə malik iki millətin daha da yaxınlaşmasına səbəb olar", - deyə Erbay əlavə edib. Türkiyəli deputat iki ölkənin siyasi partiyalarının əməkdaşlığa da hazır olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti