...

Türkiyə ermənilərə qarşı heç bir cinayət törətməyib – Türkiyənin Baş naziri

Siyasət Materials 17 Dekabr 2008 15:14 (UTC +04:00)
Türkiyə ermənilərə qarşı heç bir cinayət törətməyib – Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan son günlərdə bir qrup ziyalı və jurnalist tərəfindən həyata keçirilən ermənilərdən üzr istəmə kampaniyasını tənqid edib. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.

"Bu kampaniyanı həyata keçirənləri başa düşə bilmirəm, bu necə bir məntiqdir, anlamıram" - deyə Ərdoğan bildirib.

Bir neçə gün əvvəl Türkiyədə yaradılmış bir internet saytında 1915 - ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı cinayətlər törətdiyi iddia edilərək, ermənilərdən üzr istəmə kampaniyası həyata keçirilir. İndiyə qədər saytda qeydiyyatdan keçərək üzr istəyənlərin sayı 5 min nəfəri keçib. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Ermənistan və dünyadakı erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı dövlətinin 1915 - ci ildə

Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirdiyini iddia edir. İddialarını dünyada da qəbul etdirmək istəyən ermənilər bir sıra ölkələrdə qondarma soyqırım təbliğatını gücləndirərək , bəzi dövlətlərin parlamentlərində "erməni soyqırımı"nın tanınmasına nail olublar.

Türkiyədəki son kampaniyanın aranı qarışdırmaqdan başqa heç bir faydası olmayacağını bildirən Baş nazir belə bir kampaniyanın qəbul edilməsinin mümkün olmadığını bildirib. "Üzrü o adam istəyər ki, o, cinayət törədib, biz heç bir cinayət törətməmişik", - deyə Ərdoğan əlavə edib.

Xəbər lenti

Xəbər lenti