...

Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinə təklif olunan dəyişikliklər zamanı insan hüquq və azadlıqlarının daha da genişlənməsi əsas gətirilib - hakim

Siyasət Materials 24 Dekabr 2008 12:40 (UTC +04:00)
Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinə təklif olunan dəyişikliklər zamanı insan hüquq və azadlıqlarının daha da genişlənməsi əsas gətirilib - hakim

Azərbaycan, Bakı, 24  dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Konstitusiya Məhkəməsi Plenimunun bu gün keçirilən iclasında Milli Məclis tərəfindən Konstitusiyaya əlavə və dəyişikliklərin olunması barədə Referendum Aktının layihəsinə rəy verilməsi üçün xüsusi Konstitusiya icraatında baxıb.

Azərbaycan Parlamentinin ötən həftə qəbul etdiyi Referendum aktında bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran maddə Konstitusiyadan çıxarılıb.

Parlamentin komissiya sədrləri Əli Hüseynov, Rəbiyyət Aslanov və Səfa Mirzəyev iclasda maraqlı subyektlər qismində iştirak ediblər.

Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayev məruzə ilə çıxışında bildirib ki, Milli Məclis təklif olunan dəyişikliklərin insan hüquq və azadlıqlarının daha da genişlənməsinə, milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət etməsi əsas gətirib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi  komissiyasının sədri Əli Hüseynov çıxışında deyib ki, Konstitusiyaya edilən dəyişikliklər Konstitusiyanın 155-ci maddəsinə uyğundur. Deputat hesab edir ki, bu dəyişiklikləri referenduma çıxarmaq olar. Hüseynov Konstitusiya Məhkəməsindən layihəyə müsbət rəy verməsini xahiş edib.

Hazırda Konstitusiya Məhkəməsi rəy vermək üçün müşavirəyə gedib.

Trend -un arayışı: Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyaları cümə axşamı keçirdikləri birgə iclasda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını" qəbul edərək, onu Parlamentin iclasına təqdim ediblər. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə parlament Azərbaycan Respublikası Konstitusiyasından 101- ci maddənin 5 - ci bəndini ləğv edib. Bu bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçsı postuna ardıcıl olaraq iki dəfədən artq təkrarən seçilə bilməzdi.

Onun əvəzinə, ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkiləri müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçkilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətin ləğv edilməsi üçün referendumun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar bu təklifi dəstəkləyiblər.

Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiyaya digər dəyişikliklər 108 -ci maddə - əvvələr Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandrılması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti