...

Azərbaycan prezidenti ukraynalı həmkarına başsağlığı verib

Siyasət Materials 26 Dekabr 2008 17:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev cümə günü Ukrayna prezidenti Viktor Yuşşenkoya,

Yevpatoriya şəhərində yaşayış binasında baş vermiş partlayışda çoxsaylı insan tələfatının olması ilə bağlı başsağlığı verib.

Başsağlığı məktubunda dövlət başçısı Azərbaycan xalqı adından və öz adından həlak olanların qohumlarına və yaxınlarına, bütün Ukrayna xalqına dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin hamısının tezliklə sağalmasını diləyib,  -məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti