...

İranın milli kinosunun inkişafında durğunluq müşahidə olunur – İranın qisa metrajlı film festivalının Katibi

Siyasət Materials 26 Dekabr 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir T.Cəfərov/ İranın 100 saniyəlik film festivalının katibi bildirib ki, hazırda İranın milli konosunun inkişafında durğunluq müşahidə olunur.

Dekabrın 22- dən 25- dək Bakıda tələbə filmlərinin 5-ci "Start" Beynəlxalq festivalı keçirilib. Festivalda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Belarus, Misir və digər ölkələrin tələbə-rejissorları iştirak ediblər. Müxtəlif ölkələrin peşəkar kinomatoqraflarından ibarət Münsiflər Heyəti kinofestivala təqdim olunan 200 filmdən yalnız 50 filmi seçib.

Festivalda iştirak edən İranın 100 saniyəlik film festivalının Katibi Behnam Bahaduri Trend -a bildirib ki, İran kinosunda dəyişiklik gənc kinomatoqraflarda baş verib , lakin milli kino durgunluq dövründədir. 

"İranda gənc rejissorlar tərəfindən ildə 2000 qısametrajlı filim  istehsal olunur və gənc rejissorlar bu  filmləri ancaq festivallarda göstərə bilirlər",- deyə Bahaduri bildirb.

O, İranın peşəkar kinosunun  durğunluq dövrü yaşadığını bildirib. "İran kinosunda beynəlxalq festivallarda mükafatlar qazanmış bir neçə tanınmış rejissordan başqa  rejissor yoxdur. Iranın peşəkar kinosu yerində addımlayır",-deyə Bahaduri bildirib.

Onun fikrincə, son 20 ildə Iran kinosu, ən əsas problemi olan durğunluq dövrünü sona çatdırmaq və  çiçəkləndirmək üçün, gənc rejissorlardan faydalanmalıdır.

"İranın milli kinosunda dönüş yaratmaq üçün gənc film istehsalçıları və rejissorlarından faydalanmaq lazımdır. İnanıram ki İran gəncləri, gələcəkdə İran kinosunda dönüş yaradacaqlar",-deyə Bahaduri bildirib.

Bahdurinin fikrincə, İran kinosunun əsas problemlərindən birini də kino sahəsində  uzun müddətli proqramın olmamasıdır.

"İran kinosunda uzunmüddətli proqramın və düzgün siyasətin olmaması böyük problemlərdəndir. İranın Farabi  adına kino Fondunun rəhbərlərinin kino sahəsindəki siyasəti  4  illik və ya 8 illik proqramlarda ifadə olunub. Onlar dəyişildikcə,  hər qrup yeni siyasət həyata keçirir. İran kinosunda proqramlar uzun müddətə olmalıdır ki, nəticə versin.",- deyə Bahaduri bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti