...

Azərbaycanın "Hərbi Doktrinası"nın qəbulu üçün  bütün prosedur mərhələlər yekunlaşıb -deputat

Siyasət Materials 29 Dekabr 2008 15:39 (UTC +04:00)
Azərbaycanın "Hərbi Doktrinası"nın qəbulu üçün  bütün prosedur mərhələlər yekunlaşıb -deputat

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanın "Hərbi Doktrinası"tam hazırdır və parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq, - Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc bazar ertəsi Trend -a  bildirib.

"Bu sahədə beynəlxalq təcrübə öyrənilib, regionun xüsusiyyətləri nəzərdən keçirilib və bunun  əsasında Azərbaycanın hərbi təhlükəsizliyini təmin edəcək mükəmməl bir sənədin qəbulu üçün bütün prosedur mərhələlər yekunlaşıb,"- deyə millət vəkili vurğulayıb.

Trend - un arayışı: Azərbaycanda Hərbi Doktrinanın parlamentin payız sessiyasında müzakirəsi gözlənilsə də, bu sessiyada gündəliyə salınmayıb.

Oruc bildirib ki, NATO "Hərbi Doktrina" ilə bağlı müsbət rəy verib. Millət vəkili deyib ki, parlamentin yaz sessiyasında  "Hərbi Doktrina" ilə yanaşı, digər hərbi xarakterli sənədlərin də qəbulu gözlənilir.

"2009 - 2015 - ci illər üçün "Strateji müdafiə icmalı" adlı sənəd hazırlanır. Bu sənəd həm də Hərbi Doktrinanın prinsiplərini özündə ifadə edir,"-deyə millət vəkili bildirib.

"Hərbi Doktrina"da Ermənistan işğalçı, Azərbaycan üçün təhlükə mənbəyi və düşmən ölkə kimi göstərilib.

"Hərbi Doktrina"ya əsasən, orduda müqavilə əsasında hərbi xidmət keçmə prinsipi tətbiq olunacaq. Bundan başqa, sənəddə ordu quruculuğunun bütün sahələri - hərbi sənayenin qurulması, beynəlxalq hərbi əməkdaşlıq kimi məsələlər də əks olunub," - Oruc əlavə edib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini-Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal edib.İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.

1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti