...

Qəzzədəki münaqişə dialoq və danışıqlar yolu ilə həll edilməlidir – Qazaxıstanın xarici işlər naziri

Siyasət Materials 12 Yanvar 2009 12:46 (UTC +04:00)

Qazaxıstan, Astana, 12 yanvar/ Trend , müxbir K.Konırova/ Qazaxıstan hökuməti Qəzzə Zolağındakı münaqişənin tezliklə sülh yolu ilə həll edilməsinə və regionda zorakılığa son qoymağa çağırıb.

"Qazaxıstan bütün tərəfləri problemin güc yolu ilə həllindən imtina etməyə çağırıb. Sülh prosesi üzrə yekun məqsədin əldə olunması yalnız dialoq və danışıqlar yolu ilə mümkündür", - deyə Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

BBC-nin Fələstin həkimlərinə istinadən verdiyi xəbərə görə, İsrailin Qəzzədə HƏMAS-a qarşı hərbi əməliyyatlara başladığı gündən təqribən 900 fələstinli həlak olub. İsrail hərbçiləri 13 İsrail əsgərinin həlak olduğunu bəyan edirlər.

Respublikanın Xarici Siyasət İdarəsinin bəyanatında bildirilir ki, Qazaxıstan hökuməti Fələstində dinc əhalinin həlak olması, əziyyət çəkməsi və humanitar vəziyyətin pisləşməsinə səbəb olan Qəzzə Zolağındakı son hadisələrlə bağlı dərin təəssüf və narahatlığını ifadə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti