Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif Müsavat Partiyası piket keçirilməsi ilə bağlı çərşənbə günü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
"Müsavat Partiyası yanvarın 21-də Azərbaycan Milli Televiziya və Radio Şurasının binası qarşısında "Azadlıq", "Amerikanın səsi" və "BBC" radiolarının FM dalğalarında yayımlanmasına şərait yaradılması tələbi ilə aksiya keçirmək niyyətindədir", - çərşənbə günü Trend -a Müsavat Partiyasının mətbuat xidmətindən bildirilib.
Trend - un
arayışı: Azərbaycanın Milli Televiziya və
Radio Şurası 2009 - cu il yanvarın 1-dən "Azadlıq",
"Amerikanın səsi" və "BBC" radiolarının milli
tezliklərdə yayımlanmasını qadağan edib.
Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayuıda keçirilib. Gizli səsvermənin yekunları əsasında Qəmbər səs çoxluğu ilə Müsavat Partiyasının başqanı seçilib.
Qəmbər Аzərbаycan pаrlаmеntinin spikеri (1992-1993-cü illərdə), 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]