...

"Şərq Tərəfdaşlığı" layihəsi hələlik Rusiya üçün kifayət qədər aydın deyil – RF Dövlət Duması Komitəsinin sədri

Siyasət Materials 15 Yanvar 2009 17:14 (UTC +04:00)

Rusiya, Moskva, 15 yanvar/ Trend , müxbir R.Ağayev/ Aİ-nin "Şərq Tərəfdaşlığı" layihəsi hələlik Rusiya üçün kifayət qədər şəffaf layihə deyil və biz nədən söhbət gedəcəyini anlamağa çalışırıq", - RF Dövlət Duması Beynəlxalq  Məsələlər Komitəsinin sədri Konstantin Kosaçev "Rusiya-Avropa İttifaqı: münasibətlərin yeni mərhələsi" mövzusunda keçirilən konfransda bildirib.

"Avropanın altı postsovet dövləti ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq etməsindən söhbət gedərsə, bu layihə, həmin dövlətlərin Rusiya ilə mehriban qonşuluq münasibətlərindən süni ayrılması layihəsi kimi qurulanadək, heç bir problem ola bilməz", - Kosaçev deyib.

Onun sözlərinə görə, bu, növbəti dəfə Rusiyanın hesabına və zərərinə  həmin ölkələrə Aİ ilə münasibətlərdə hansısa daha çox əlverişli rejimi təmin etmək cəhdi olsa, Rusiya buna necəsə cavab verməli olacaq. "Biz avropalı tərəfdaşlarımıza deyirik ki, indi başlıcası anlaşılmazlıq və qərəzli qiymətləndirmədən qaçmaqdır", - Kosaçev əlavə edib.

Avropa Komissiyası dekabrın 4 - də Polşa və İsveçin Aİ-nin yeni "Şərq Tərəfdaşlığı" təşəbbüsünü qəbul edib. O, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna ilə daha sıx əməkdaşlığı nəzərdə tutur.

Çoxmillətli forum şəklində olacaq "Şərq Tərəfdaşlığı"na Aİ-nin 27 dövləti, eləcə də Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və ola bilsin, Belarus daxil olacaq.

Bu təşkilat çərçivəsində vizaların ləğvi, azad ticarət zonasının tətbiqi və strateji sazişlərin bağlanmasına dair danışıqlar keçiriləcək. Tələbə mübadiləsi, ətraf mühitin müdafiəsi, enerjiyə qənaət üzrə kiçik layihələr də həyata keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti