...

Amerikalı ekspertlər Azərbaycanda yeni seçilən hakimlərin hazırlığını və səviyyəsini yüksək qiymətləndiriblər

Siyasət Materials 16 Yanvar 2009 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Amerikalı ekspertlər Azərbaycanda yeni seçilən hakimlərin hazırlığını və səviyyəsini yüksək qiymətləndiriblər.

ABŞ-ın Azərbaycandakı səfirliyi ilə Məhkəmə-Hüquq Şurasının yeni təyin olunmuş hakimlər üçün təşkil olunmuş seminarında iştirak edən amerikalı hakimlər Filipp Pro və Helen Berriqan cümə günü Trend -a seminarla bağlı fikirlərini bildirərkən məlumat verib,

"Hesab edirəm ki, bu, onların seçim prosesinin ciddi və ədalətli aparılmasından irəli gəlir. Onların seçimi çox ehtiyatla  aparılıb və bu, nəticəsini göstərir. Seminarlarda iştirak edən hakimlərdə yüksək düşüncə, özünə inam və yüksək bacarıq görürəm", - deyə Las-Veqas şəhərinin baş hakimi Filipp Pro vurğulayıb.

Nyu Orlean şəhərinin baş hakimi xanım Helen Berriqan isə yeni təyin olunmuş hakimlərlə müzakirələrin onlar üçün də əhəmiyyətli olduğunu qeyd edib.

"Hakimlərin müstəqilliyi və məhkəmə zalının idarə olunması" (ABŞ təcrübəsi) mövzusunda fəaliyyətə yeni başlayan hakimlər üçün təşkil olunmuş 4 günlük seminarda insan haqlarının etibarlı təmin edilməsi, hakim etikası və peşəkarlığı, məhkəmə zalının idarə olunması, sürətli məhkəmə baxışı və s. mövzularda mühazirələr dinlənilib, müzakirələr və fikir mübadiləsi aparılıb,

Amerikalı ekspert Pro bildirib ki, demokratik cəmiyyətdə qanunun aliliyini təmin etməkdə məhkəmə hakimiyyətinin rolu əvəzsizdir və hər bir hakim tərəflərə fərq qoymadan, bərabər münasibət göstərməklə qərəzsiz, ədalətli qərar çıxarmaqla bu missiyanı həyata keçirməlidir.

"Bu, məhkəmə hakimiyyətinin hakimiyyətin digər qollarından üstünlüyü demək deyil. Məhkəmələr ictimaiyyətin dövlət hakimiyyətinin demokratikliyinə inamının artırılmasında önəmli rol oynayır. Müstəqil məhkəmə insan hüquqlarını təmin etmək baxımından ictimaiyyətinin hakimiyyətə inamını artırır", - deyə amerikalı ekspert vurğulayıb.

Hakimlərin iş yükünün azadılması məqsədilə hakim ştatlarının sayı 50 faiz artırılıb.

1800-dək namizədlə aparılmış çoxmərhələli seçim prosedurları nəticəsində müvəffəqiyyət qazanmış 55 nəfər 2007-ci, 102 nəfər hakimliyə namizəd isə 2008-ci ildə hakim vəzifələrinə təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti