...

Qazaxıstandakı Ahıska türkləri hesabat verdilər

Siyasət Materials 16 Yanvar 2009 18:41 (UTC +04:00)

Qazaxıstan, Almatı, 16 yanvar / Trend , müxbir R. Məşədihəsənli /Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzində 2008-ci ilin yekunlarına dair hesabat xarakterli ədəbi - musiqili gecə keçirilib. Gecəni Milli Mərkəzin Almatı şəhər Mədəniyyət Mərkəzinin sədri Kazakbay Daşdəmiroğlu açaraq, Qazaxıstanlı Ahıska türklərinin ili uğurla başa vurduğunu bildirib.

Dünya Ahıska Türkləri Konqresinin prezidenti, Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzinin başçısı Ziyaeddin İsmihanoğlu 2008-ci ilin dünya Ahıska türkləri üçün birlik ili olduğunu bildirib və 9 ölkədə fəaliyyət göstərən 45 - dək Ahıska Türkləri Dərnəklərinin birləşərək, Konqres yaratdıqlarını təqdirəlayiq hal hesab etdiyini deyib.

Ahıska türkləri gənclərinin Almatıda keçirilən birinci qurultayında, bilik yarışmaları, "Altın Körpü" dərgisinin işıq üzü görməsi, Ziyaəddin İsmixanoğluya Almatı vilayəti İliysk rayonunun Fəxri vətəndaşı adının verilməsi və s. yaddaqalan uğurlardan bəhs olunub.

Xəbər lenti

Xəbər lenti