...

Türkmənistan ABŞ ilə səmərəli qarşılıqlı əlaqələri genişləndirməyə hazırdır

Siyasət Materials 17 Yanvar 2009 11:46 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 17 yanvar/ Trend , müxbir E.Həsənov/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov "ölkəsinin Birləşmiş Ştatlar ilə səmərəli qarşılıqlı əlaqələri genişləndirməyə hazır olduğunu" bəyan edib. Bu barədə şənbə günü türkmən telekanalı məlumat verib.

Türkmənistan rəhbəri bu barədə nümayəndə heyətinin rəhbəri qismində Aşqabada gələn ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Devid Petreus ilə görüşdə bildirib.  

Petreus Türkmənistan dövlətinin rəhbərinə ölkəsinin ali rəhbərliyi - ABŞ-ın hazırkı prezidenti Corc Buş və yeni seçilən prezident Barak Obamanın salamlarını çatdırıb. CENTCOM-un yüksək vəzifəli nümayəndəsi bildirib ki, "Amerika Birləşmiş Ştatları hökuməti Türkmənistan ilə çoxplanlı əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu tərəfdaşlığa Mərkəzi Asiya regionunda təhlükəsizliyin mühüm amili kimi baxır".

Türkmənistan Əfqanıstan və İran ilə sərhəddir. Rəsmi Aşqabad xarici siyasətində müsbət bitərəflilik və kifayət qədər müdafiənin tərəfdardır. Türkmənistan Mərkəzi Asiya respublikalarından NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının iştirakçısı olan ilk dövlətdir. Bu proqram həmçinin təbii fəlakətlər şəraitində ölkələrin məsləhətləşməsini nəzərdə tutur. Bundan əlavə, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başladığı zaman Aşqabad humanitar yüklər üçün nəqliyyat dəhlizinin açılmasına razılaşıb.

"Sülh və sabitlik stabil inkişaf və xalqın rifahının mühüm şərtlərindəndir, Türkmənistan ümumi mütərəqqi maraqları çərçivəsində beynəlxalq əməkdaşlığa sadiqliyini qoruyub saxlayır", - deyə Petreus ilə görüşdə Berdiməhəmmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti