...

Gürcüstan ATƏT-in ölkədə istənilən fəaliyyət formatını dəstəkləyir – Avrointeqrasiya üzrə Komitənin sədri

Siyasət Materials 22 Yanvar 2009 16:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan, ərazi bütövlüyü məsələsini şübhə altında qoymayacağı təqdirdə ATƏT-in ölkədə istənilən fəaliyyət formatını alqışlayacaq.

Parlamentin Avrointeqrasiya Komitəsinin sədri David Darçiaşvilinin sözlərinə görə, Gürcüstan ölkədə mümkün qədər çox müşahidəçinin olmasında maraqlıdır.

Deputat güman edir ki, ATƏT tərəfindən Rusiyaya təklif olunan yeni mandat formatı Moskva üçün məqbuldur.

"Yeni təşəbbüsdə daha çox real yanaşmalar yer alıb və Rusiya tərəfi onlar üzərində işə başlamaq niyyətindədir", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-ə sədrlik edən Yunanıstanın xarici işlər naziri Doroy Bakoyannis ilə görüşdə bildirib. Yeni mandat formatının detalları açıqlanmır.

"Gürcüstan üçün ATƏT-in fəaliyyəti təkcə Rusiyanın təcavüzündən sonra yaranan vəziyyətin həlli planında deyil, həm də demokratik institutların inkişafı planında da mühümdür", - deyə Darçiaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti