...

AŞ PA-nın Rusiyaya qarşı qətnaməsi Gürcüstan tərəfinin arzuladığı kimi sərt olmaya bilər – xarici işlər naziri

Siyasət Materials 26 Yanvar 2009 14:12 (UTC +04:00)
AŞ PA-nın Rusiyaya qarşı qətnaməsi Gürcüstan tərəfinin arzuladığı kimi sərt olmaya bilər – xarici işlər naziri

Gürcüstan, Tbilisi, 26 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa Şurasının Rusiyaya qarşı qətnaməsi Gürcüstan tərəfinin arzuladığı kimi sərt olmaya bilər. Bu barədə bazar ertəsi keçirilən brifinqdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib.

Onun sözlərinə görə, Tbilisi daha bir beynəlxalq təşkilat tərəfindən Moskvanın hərəkətinə sərt qiymət verilməsi üçün hər şey edəcək.

"Biz Rusiyanın hərəkətinə adekvat qiymətin verilməsi üçün əlimizdən gələni edirik. Hazırkı mərhələdə qətnamənin necə olacağı barədə nəsə demək çətindir, lakin düşünürəm ki, Rusiyaya  qarşı qəbul olunacaq qətnamə yumşaq omayacaq", - deyə Vaşadze bildirib.

İlkin məlumatlara görə, qətnamədə Rusiyanın hərəkəti tənqidi qiymətləndirilir - söhbət insan haqlarının pozulması və işğal olunmuş ərazilərdə gürcülərin etnik təmizlənməsi faktlarından gedir.

Xəbər lenti

Xəbər lenti