...

Aİ  ATƏT - in Gürcüstanda fəaliyyətinin davam etdirilməsinə tərəfdardır  – Çexiyanın xarici işlər naziri

Siyasət Materials 29 Yanvar 2009 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir Y.Ostapenko/ Avropa İttifaqı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Gürcüstanda fəaliyyətini davam etdirmək yollarının axtarışında səylərini dəstəkləyir, - ATƏT - in press-relizində deyilir.

"Aİ Gürcüstanda fəaliyyətini davam etdirmək niyyətindədir. Lakin bu, ATƏT-in vacib iştirakını əvəz edə bilməz, - Aİ-yə sədrlik edən Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq cümə axşamı bildirib. - Biz onları bir-birini tamamlayan və möhkəmləndirən missiyalar kimi nəzərdən keçiririk".

56 üzv dövlət dekabrda ATƏT-in Gürcüstandakı missiyasının mandatının uzadılması barədə konsensusa nail ola bilməyiblər. Cari ilin yanvarından ATƏT-ə rəhbərlik edən Yunanıstan təşkilatın Gürcüstanda iştirakı ilə  bağlı danışıqlar aparır.

Aİ və ATƏT-in sülhün təmin edilməsi və əməkdaşlığın dərinləşdirilməsi məqsədlərini paylaşdığını qeyd edən Şvartsenberq bildirib ki, Çexiyanın Aİ-yə sədrliyi bu iki qrupun sıx əməkdaşlığını uzatmağa can atacaq.
Onun sözlərinə görə, ATƏT təhlükəsizlik, sabitlik və qanunun aliliyinə çox qiymətli töhfə versə də, son illərin bəzi hadisələri bu təşkilatın əsas prinsiplərini təhdid altına qoyub.

ATƏT regionunda hadisələrin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi üçün hər həftə Vyanada qərarların qəbulu üzrə ATƏT-in əsas orqanlarından biri olan Daimi Şura keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti