...

Azərbaycan prezidenti Rusiya prezidentinə Komidəki faciə ilə bağlı başsağlığı verib

Siyasət Materials 2 Fevral 2009 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral / Trend / Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedyevə Komi Respublikasında qocalar evində baş vermiş faciə ilə bağlı başsağlığı məktubu göndərib, - dövlət informasiya agentliyi AzərTAC-ın məlumatında deyilir.

"Komi Respublikasında qocalar evində baş verən yanğın nəticəsində çoxsaylı insan tələfatına səbəb olan xəbər məni çox üzdü. Azərbaycan xalqı adından və öz adımdan Sizə, həlak olanların yaxınları və qohumlarına, bütün Rusiya xalqına öz dərin başsağlığımı bildirirəm", - prezidentin məktubunda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti