Qazaxstan, Almata, 11 fevral / Trend , müxbir R. Məşədihəsənli
Qazaxıstan gənclərinin təlim-tərbiyə işində problemlər qalmaqdadır. Bu fikirləri Trend -un da iştirak etdiyi Qazaxıstan-Ukrayna Dostluq Cəmiyyətinin sədri Leonid Qirşin 85 illik yubileyində Qazaxıstan Xalqları Assambleyası katibliyinin cənub bölgəsi üzrə təmsilçisi Qabit Nuradil bildirib.
Qabitin sözlərinə görə, 12-14 yaşında olan yeniyetmələrin 25, 16-18 yaşında olan gənclərin 40 faizi alkoqollu içkilərə qurşanıb. Respublikanın 15 milyonluq əhalisinin 31 faizini gənclər və yeniyetmələrin təşkil etdiyini nəzərə alsaq, qeyd olunan faktlar heç də ürəkaçan deyil.
İldən ilə narkotik vasitələrdən və uyuşdurucu maddələrdən istifadə halları da artmaqdadır. Hazırda Qazaxıstanda 50 min nəfərin insan orqanizmi və sağlamlığı üçün çox təhlükəli olan bu cür maddələrdən istifadə etdiyi rəsmən qeydiyyata alınıb.
Ata-babaların, ulu ağsaqqalların keçdiyi şərəfli yol gənc nəsil üçün örnək olmalıdır. Prezident Nazarbayevin dediyi kimi, ölkə qarşısında duran 5 əsas vəzifədən biri gənclərin təlim-tərbiyəsini yüksək səviyyəyə qaldırmaqdır", - Qabit Nuradil bu fikirlə sözlərini tamamlayıb.
Məqalə müəllifi ilə əlaqə : [email protected]