...

ABŞ nüvə materialları qaçaqmalçılığının aradan qaldırılmasında Gürcüstana kömək edəcək

Siyasət Materials 26 Fevral 2009 17:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 fevral / Trend , müxbir N. Kirtsxaliya / Gürcüstanın Xarici İşlər İdarəsində fevralın 27-də ABŞ və Gürcütan nümayəndələri arasında "Nüvə materialları qaçaqmalçılığına qarşı mübarizə yollarının asanlaşdırılması yönündə Gürcüstanın prioritet tədbirləri" üzrə birgə bəyannamə imzalanacaq. Bu barədə Gürcüstan XİN-nin yaydığı məlumatda deyilir.

Bəyannamə radiaktiv və nüvə təhlükəsizliyi sahəsi ilə məşğul olan Gürcüstan dövlət idarələrinin lazımi avadanlıqlarla təchizi, həmçinin ABŞ və Gürcüstanın əlaqədar idarələri arasında məlumat mübadiləsi, gürcü mütəxəssislərinin təlimatlandırıması və bu kimi başqa tədbirləri nəzərdə tutur.

Gürcüstan tərəfindən sənədi xarici işlər nazirinin müavini Aleksandr Nalbandov, daxili işlər nazirinin birinci müavini Yekaterina Zquladze, ədliyyə nazirinin birinci müavini Tinatin Burcaliani, müdafiə nazirinin müavini Georgi Muçaidze, ətraf mühitin qorunması və təbii sərvətlər nazirinin müavini David İoseliani və Gəlirlər Xidmətinin rəis müavini İrakli Siradze, ABŞ tərəfindən isə ABŞ-ın Gürcüstanda fövqaladə və səlahiyyətli səfiri Con Teft imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti