...

Azərbaycan Prezidenti vətəndaşların həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb

Siyasət Materials 17 Mart 2009 20:17 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Fərmana əsasən, 1991-ci ildə anadan olmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə anadan olmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2009-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2009-cu ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti