...

Azərbaycanın şimal-qərbində yerləşən dörd seçki dairəsində saat 10:00-a olan məlumata görə, orta hesabla seçicilərin 17 faizdən çoxu səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Şəki, 18 mart / Trend , müxbir X.Əkbərova /

Azərbaycanın şimal-qərbində yerləşən dörd seçki dairəsində seçici fəallığı müşahidə olunur.

Trend -un bölgə müxbirinə Dairə Seçki Komissiyalarından verilən məlumatına görə, 113 saylı Şəki şəhər dairəsində saat 10:00-a olan məlumata əsasən, seçicilərin 16,52 faizi səs verib.

114 saylı Şəki kənd-I dairəsində seçicilərin 14,56 faizi, 115 saylı Şəki kənd-II seçki dairəsində isə 18,1 faizi iştirak edib. Hər üç dairədə 90 məntəqə var. Seçicilərin sayı isə 103 206 nəfərdir.

Həmin dairələrdə iki beynəlxalq müşahidəçi səsverməni izləyir.

112 saylı Qax şəhər seçki dairəsində isə seçicilərin 14,5 faizi (38 314 seçici) səsvermədə iştirak edib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti