...

Ukraynada Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendumda səsvermə prosesi demokratik şəkildə, pozuntusuz keçir - səfir

Siyasət Materials 18 Mart 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend müxbir N.Abdullayeva/

Ukraynada Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendumda yerli vaxtla saat 15:00-da 550 nəfər iştirak edib.

"Bu ölkədə 660 seçici - Azərbaycan vətəndaşı qeydiyyatdan keçib", - çərşənbə günü Trend -a Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev deyib.

Onun sözlərinə görə, səsvermə prosesi demokratik şəkildə, pozuntusuz keçir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsini nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişikliyin edilməsi planlaşdırılır. Bura o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququnun verilməsi, şəxsin istəyi olmadan video və ya audio qeydlərin aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki mahiyyətli müddəalar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti