...

Hollandiyada Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendumda seçicilərin iştirakı yerli vaxtla saat 14.00-a qədər 30 faiz təşkil edib

Siyasət Materials 18 Mart 2009 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir E.Rüstəmov /

"Azərbaycanın Hollandiyadakı səfirliyində qeydiyyatdan keçmiş 67 seçicidən yerli vaxtla saat 14.00-a qədər 24 nəfər (30%) səsvermədə iştirak edib", - Trend -a Azərbaycan səfirliyi nəzdində yaradılmış seçki komissiyasının sədri Maisə Gündoğdu, Haaqadan telefonla məlumat verib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaksiya ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişikliyin edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququnun verilməsi, şəxsin istəyi olmadan video və ya audio qeydlərin aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki mahiyyətli müddəalar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti