...

Gürcüstan parlamentinin sədri radikal müxalifəti dialoqa çağırır

Siyasət Materials 25 Mart 2009 15:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 mart / Trend , müxbir N.Kirtsxaliya /

ABŞ-da səfərdə olan Gürcüstan parlamentinin sədri David Bakradze Gürcüstanda baş verən son hadisələri şərh edərkən radikal müxalifəti dialoqa səsləyib.

"Gərginliyi aradan qaldırmağın tək yolu hər zaman dialoq olub. Həmişə demişik, indi də bəyan edirik ki, konkret addımlar təklif edən dialoqa hazırıq. Sözügedən addımlardan biri təəssüf ki, radikal müxalifətin iştirak etmədiyi Seçki Məcəlləsinin yaradılmasıdır. Dialoqa səbəb olacaq digər addımların atılmasına da biz hazırıq", - Bakradze Gürcüstan jurnalistlərinə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti