...

Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca Ermənistanla diplomatik münasibətlər qurmayacaq – səfir

Siyasət Materials 8 Aprel 2009 16:03 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca Ermənistanla diplomatik münasibətlər qurmayacaq – səfir

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir V.Javoronkova /

Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca, işğal olunmuş əraziləri azad edilməyincə və onun Dağlıq Qarabağın nizamlanması üzrə maraqları təmin edilməyincə Ermənistanla diplomatik münasibətlər qurmayacaq. Bu barədə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə Səudiyyə Ərəbistanının yeni təyin edilmiş səfiri Fəhd bin Əli əl-Duseri bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təyinatı barədə etimadnamənin surətini xarici işlər nazirinə təqdim edən səfir bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın problemlərinə böyük həssaslıqla yanaşır və onların həllinə həmişə yardım göstərməyə hazırdır.  

Səfir Yaxın Şərqdəki vəziyyətin nizamlanması və Qəzza Zolağının bərpa olunması məsələlərində Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirib.

Azərbaycanın xarici işlər naziri Azərbaycan-Ermənistan münaqişəsində tutduğu mövqeyə görə Səudiyyə Ərəbistanı rəhbərliyinə minnətdarlığını bildirib.

Məmmədyarov bildirib ki, Azərbaycan Qəzza Zolağında sülh və stabilliyin tezliklə bərpa olunmasında maraqlıdır və regionun bərpasına öz töhfəsini verməyi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti