...

Qazaxıstanın təhsil və elm naziri zəif ali təhsil ocaqlarının olmasında tələbə və valideynləri günahlandırır

Siyasət Materials 10 Aprel 2009 15:05 (UTC +04:00)

Qazaxıstan, Astana, 10 aprel / Trend , müxbir K. Arınova /

Qazaxıstanın təhsil və elm naziri Janseit Tuymebayev tələbə və valideynləri tədris səviyyəsi keyfiyyətsiz olan təhsil ocaqlarında tədris haqqı ödəməklə onların mövcudluğuna şərait yaratmaqda günahlandırıb.

"Qazaxıstanda təhsil üçün rəqabət mühiti var - istənilən ali təhsil ocağını seçmək olar. Şəxs özü zəif təhsil ocağını seçməzsə və orada təhsil haqqı ödəməzsə, tədris səviyyəsi aşağı olan ali məktəb bağlanar", - "Nur Otan" Xalq Demokratik Partiyası yanında korrupsiyaya qarşı mübarizə üzrə Respublika İctimai Şurasını səkkizinci iclasında çıxış edərkən Tuymebayev deyib.   

Qazaxıstanda son ilyarım ərzində yoxlamalar nəticəsində tələb olunan təhsil standartlarına cavab verməyən 300 təhsil ocağı və 76 filial bağlanıb.

"Nazirlik bir çox ali təhsil ocaqlarının lisenziyasını alsa da, sonradan məlum olur ki, onlar yenə də fəaliyyət göstərir. Yerli icra orqanlarına müvafiq tədbir görəmələri üçün müraciət edirik. Nazirlik təkbaşına bu işin öhtəsindən gələ bilməz", - Tuymebayev qeyd edib.

 Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti