...

Azərbaycanda cəza çəkən məhkumlar oğurluq etdiyi üçün saxlanılıblar

Siyasət Materials 13 Aprel 2009 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda cəza çəkən iki məhkum oğurluq etdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi və Ağsu rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ceyhun Cəbrayılov, Bəhram Rəhimov və Biləsuvar rayon sakini Qabil Qəribov tutulub. Onlar fevralın 25-də Almaz Həmidovanın 4 baş inəyini oğurlamaqda təqsirli bilinirlər.

Penitensiar Xidmətin məlumatına görə, son iki ildə məntəqə tipli müəsissələrə köçürülən məhkumlar tərəfindən törədilən cinayətlər 7 % artaraq 64 fakt təşkil edib.

Həmin müəssisələrdə saxlanılan məhkumlar tərəfindən ötən il 60 cinayət törədilib.

Məntəqə tipli müəssisələr sırasında 3, 6, 11 və 14 saylı müəssisələrdə daha çox kobud pozuntular qeydə alınıb. Bu səbəbdən də onların rəhbərliyi cəzalandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti