...

Gürcüstan parlamenti qarşısındakı etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti hakimiyyətlə dialoqun tərəfdarıdır - Sorğu

Siyasət Materials 13 Aprel 2009 14:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Tbilisidə Gürcüstan parlamentinin qarşısında permanent etiraz aksiyalarında iştirak edənlərin əksəriyyəti müxalifətin hakimiyyətlə dialoqunun tərəfdarıdır. Aprelin 11-12-də "Versiya" qəzetinin mitinqdə keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulan 500 nəfərin 60 faizi qeyri-parlament müxalifətinin hakimiyyətlə dialoqa başlaması fikrinin tərəfdarıdır.

Respondentlərin 40 faizi ümumiyyətlə hər hansı danışıqlara etiraz edir.

Gürcüstan parlamentinin dialoq təklifinə müxalifət liderləri buna yalnız danışıqlar canlı yayımlanacağı halda razılaşacaqlarını bildiriblər. Ancaq hakim qüvvələrin nümayəndələri bu formatı "şou" hesab edir və nüfuzlu təşkilatların iştirakı ilə qapalı danışıqlar təklif edir. Onların içərisində həmçinin Gürcüstan Patriarxının da adı çəkilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti