...

Gürcüstan XİN rəhbəri Skandinaviya ölkələrinə səfər edəcək

Siyasət Materials 13 Aprel 2009 16:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend müxbir N.Kirtsxaliya /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze aprelin 19-23-də İsveç, Danimarka və Finlandiyaya səfər edəcək.

XİN-in məlumatına görə, aprelin 20-də Vaşadze İsveç parlamentinin sədri Per Vesterberq, beynəlxalq inkişaf naziri Qunilla Karlson və ticarət naziri Yeva Byorlinqlə görüşəcək.

Elə həmin gün İsveç XİN rəhbəri Karl Bildtin adından gürcü həmkarının şərəfinə işçi lanç veriləcək. Lançdan sonra mətbuat konfransı nəzərdə tutulub. Qriqol Vaşadze, həmçinin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutu tərəfindən təşkil olunan görüşdə mühazirə oxuyacaq.

Aprelin 21-də Gürcüstan XİN rəhbəri Danimarkaya gələcək və onun danimarkalı həmkarı Per Stiq Meller, əməkdaşlığın inkişafı nazirliyi Ula Turna və səhiyyə naziri Yakob Aksel Nilsenlə görüşləri nəzərdə tutulub.

Aprelin 22-də Gürcüstanın xarici işlər naziri Helsinkiyə gələcək və Finlandiyanın Avropa və miqrasiya məsələləri üzrə naziri Astrid Tors və prezidentin diplomatik müşaviri, Finlandiyanın prezident kabinetinin üzvü Aleks Parkenonla görüşlər keçirəcək. Elə həmin gün Finlandiya XİN rəhbəri Aleksandr Stubb adından gürcü həmkarının şərəfinə işçi lanç veriləcək. Lançdan sonra birgə mətbuat konfransı keçiriləcək.

Qriqol Vaşadze, həmçinin xarici ticarət və inkişaf naziri Paavo Vaurunenlə görüşəcək və Helsinki Universitetinin tədqiqat mərkəzində mühazirə oxuyacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti