...

Azərbaycanın dövlət başçısı Əlcəzair Prezidentini vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 14 Aprel 2009 17:33 (UTC +04:00)

Azərbaycanın dövlət başçısı İlham Əliyev çərşənbə axşamı Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanı vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Təbrik məktubunda Prezident Azərbaycanla Əlcəzair arasında tarixən formalaşmış dostluq ənənələrini qoruyub yaşatmağa, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirməsi istiqamətində qarşılıqlı səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti