...

Əfqanıstan Prezidenti NATO və koalisiya qüvvələri komandirindən izahat tələb edib

Siyasət Materials 16 Aprel 2009 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend /

Əfqanıstan Prezidenti NATO və koalisiya qüvvələri komandirindən hərbi əməliyyatlar zamanı dinc sakinlərin öldürülməsi ilə bağlı izahat tələb edib. Bu barədə Əfqanıstan Prezident Aparatının Trend-ə göndərilmiş bəyanatında bildirilir.

Əfqanıstan Prezidenti Həmid Kərzai NATO və koalisiya qüvvələri komandiri general David Makkirnan ilə görüşüb. Görüş zamanı Kərzai Makkirnandan son vaxtlar Əfqanıstanın Xost və Kener əyalətlərində hərbi əməliyyatlar zamanı dinc sakinlərin öldürülməsi faktlarının artması ilə bağlı izahat tələb edib.

General Makkirnan baş vermiş hadisələrdən təəssüfləndiyini bildirib. "NATO və koalisiya qüvvələrinin ehtiyatlı davranmasına baxmayaraq, Xost və Kener əyalətlərində səhvən dinc sakinlərinə ölümünə səbəb olublar", - deyə Makkirnan bildirib.

O bildirib ki, NATO və koalisiya qüvvələri həlak olmuş dinc sakinlərin ailələrndən üzr istəyib.

Makkirnan NATO və koalisiya qüvvələrinin bundan sonra hərbi əməliyyatlar zamanı Əfqanıstanın əyalət rəhbərləri və Əfqanıstan ordusu ilə əməkdaşlıqlarının artıracağını bildirib.  

NATO və koalisiya qüvvələrinin aprelin 13-də Əfqanıstanın şərqində yerləşən Xost və Kener əyalətində keçirdiyi əməliyyatlar zamanı  6 nəfər ölub, 15 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti