...

Brüsseldə Gürcüstan-NATO iclası keçirilib

Siyasət Materials 17 Aprel 2009 18:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün Brüsseldə siyasi komitə səviyyəsində Gürcüstan-NATO komissiyasının iclası keçirilib.

"İclasa NATO Baş katibi müavininin siyasi məsələlər üzrə köməkçisi Robert Simmons sədrlik edib", - Gürcüstan XİN məlumat verib.

Gürcüstan nümayəndə heyətinə Avropa və Avroatlantika inteqrasiyası üzrə dövlət naziri müavini Yelena Xoştariya, müdafiə naziri müavini Qeorqi Muçaidze, Gürcüstanın NATO-da səfiri Revaz Beşidze və Gürcüstan XİN-in NATO üzrə idarə rəisi Zurab Xamaşuridze daxildir.

İclasda Gürcüstan nümayəndələri 2009-cu il proqramının layihəsini təqdim edib. Alyansa üzv olan ölkə ümayəndələri təqdim edilən sənədlə bağlı fikirlərini bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti