...

Avstriya və Çexiya polisi erməni mafiyasına zərbə vurub

Siyasət Materials 22 Aprel 2009 15:13 (UTC +04:00)

"Avstriya polisi çexiyalı həmkarlarının yardımı ilə Ermənistandan olan 50 nəfərin daxil olduğu cinayətkar qrupu zərərsizləşdirib", - çərşənbə günü Avstriya radiosu xəbər verib.

"Cinayətkar qrupun hesabında qətllər, reketlik, soyğunçuluq və qarətlər var", - RİA-Novosti xəbər verir.

Cinayətkar dəstənin başında 40 yaşlı erməni durub. Onun tapşırığı ilə ən azı iki qətl Praqada, bir neçə qətlə cəhd Avstriyada həyata keçirilib.

Qrup əsasən Çexiyada fəaliyyət göstərib. Dəstənin üzvləri öz sabiq həmvətənlərindən məcburi şəkildə pul tələb edir, ödəmə olmadığı halda onları öldürürmüşlər.

Bununla yanaşı, qrup mağazaların qarət olunması ilə də məşğul olub. Xüsusilə, Vyanada, Aşağı Avstriya və Ştiriyada 100-ə yaxın qarət onların boynundadır. Vurulmuş zərərin məbləği 40 min avrodan çox qiymətləndirilir.

"Erməni mafiyasının işinin tədqiqatı davam etdirilir", - avstriya radiosu qeyd edir.

Xəbər lenti

Xəbər lenti