...

Əfqanıstan sərhədçiləri tərəfindən İranın sərhəd polisi öldürülüb

Siyasət Materials 23 Aprel 2009 14:23 (UTC +04:00)

Əfqanıstan Sərhəd Polis Qüvvələri tərəfindən İranın sərhəd polis nəfəri Nimruz əyalətində sərhəd zonasında öldürülüb. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Əfqanıstanın daxili işlər naziri Məhəmməd Hənif Ətmər çərşənbə günü İranın Əfqanıstandakı səfiri ilə gürüşərək Əfqanıstan sərhədçilərinin bu hərəkətindən təssüfləndiyini bildirib.

Ətmər həlak olmuş polis nəfərinin ailəsinə başsağlığı verərək, əfqan sərhədçilərin tanımadıqları üçün iranlı sərhədçiyə güllə atdıqlarını bildirib.

RİA Novosti agentliyinin məlumatına görə, Əfqanıstanın Nimruz əyalətinin sərhəd məntəqəsinin başçısı general Seyfullah Haşimi bildirib ki, əfqan və iranlı sərhədçilər arasında atışma zamanı bir iranlı sərhəd polisi öldürülüb və bir nəfər isə əsir götürülüb.

Hazırda İrna və Əfqanıstan rəsmiləri bu məsələ ilə bağlı danışıqlar aparırlar.

Xəbər lenti

Xəbər lenti