...

Azərbaycanın hakim partiyası "Yol xəritəsi" ilə əlaqədar açıqlanan detalların həqiqətəuyğun olmadığını bəyan edib

Siyasət Materials 25 Aprel 2009 12:45 (UTC +04:00)
Azərbaycanın hakim partiyası "Yol xəritəsi" ilə əlaqədar açıqlanan detalların həqiqətəuyğun olmadığını bəyan edib

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə və Ermənistan arasında imzalanan "Yol xəritəsi" ilə əlaqədar mətbuatda əksini tapan detalların həqiqətəuyğun olmadığını bəyan edib.

"Mətbuatda əks olunan detallarla bağlı dəqiq fikir söyləməyə ciddi əsas yoxdur", - şənbə günü jurnalistlərə YAP sədrinin müavini, icraçı katib, deputat Əli Əhmədov bildirib.

Trend -un arayışı: Türkiyə mətbuatının məlumatına görə, Ankara və Yerevan arasında imzalanan "Yol xəritəsi" 5 bənddən ibarətdir. Razılaşmaya əsasən, Ermənistan Türkiyə və keçmiş SSRİ arasında 1921-ci ildə imzalanan Qars razılaşmasını qəbul etməlidir. Ermənilərin "soyqırım" iddialarını araşdıran tarixçilərdən ibarət ortaq komissiya yaradılmalı və komissiyanın tərkibinə hər hansı bir üçüncü ölkə qatıla bilər. Ermənistan-Türkiyə sərhədləri açılacaq və ticarət əlaqələrinin başlanması üçün müvafiq sənədlər imzalanacaq. Ermənistan və Türkiyə Gürcüstandakı səfirlərini qarşılıqlı olaraq Ankara və Yerevanda akreditə etdikdən sonra birbaşa diplomatik əlaqələr qurulacaq. "Yol xəritəsi"ndə hər hansı bir qanunverici orqan tərəfindən təsdiq olunmalı məsələlər birbaşa parlamentdə müzakirə ediləcək. Məlumata görə, sənəddə Qarabağ məsələsi yer almasa da, iki ölkə arasında yaxınlaşma münaqişənin həlli yolları ilə paralel aparılacaq.

Əhmədov Türkiyənin Azərbaycanın maraqlarına zidd addım atacağına inanmadığını deyib.

"Türkiyənin Baş naziri və Prezidenti dəfələrlə bildiriblər ki, Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla münasibətlərə xələl gətirməyəcək", - deputat əlavə edib.

Trend -un arayışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti