...

Azərbaycan-Yunanıstan enerji əməkdaşlığı müzakirə ediləcək

Siyasət Materials 27 Aprel 2009 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir V.Javoronkova / 

Yunanıstan XİN başçısının müavini Miltiadis Varvitsiotis mayın 12-13-də Bakıda Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək. "Səfərin çərçivəsində ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunacaq", Yunanıstanın Bakıdakı səfirliyindən xəbər verilib.

Varvitsiotis Xarici İşlər, Sənaye və Energetika nazirliklərində bir sıra görüşlər keçirməyi planlaşdırır. Səfər çərçivəsində Azərbaycan-Yunanıstan biznes-forumunun keçirilməsi gözlənilir.

Azərbaycan və Yunanıstan arasındakı ticarət dövriyyəsi 2009-cu ilin yanvar-fevral aylarında 25,472 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti