...

İspaniya may ayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Sloveniyaya verəcək

Siyasət Materials 28 Aprel 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir Y.Ostapenko /

Avropa Şurası Nazirlər Komitəsinin mayda keçiriləcək və təşkilatın 60 illiyinə həsr olunacaq iclasında İspaniya komitədə sədrliyi növbəti altı ay müddətinə Sloveniyaya təqdim edəcək. Bu barədə Avropa Şurasının press-relizində bildirilir.

119-cu sessiya mayın 12-də Madriddə keçiriləcək. Burada Təşkilata üzv olan 47 ölkənin xarici işlər nazirləri və nümayəndələri iştirak edəcəklər.

Rotasiya prinsipinə əsasən, Avropa Şurasına üzv dövlətlərin xarici işlər nazirləri AŞ-nin direktiv orqanına - Nazirlər Komitəsinə növbəli şəkildə sədrlik edirlər. Sədrlik ingilis əlifbası üzrə hər yarım ildən bir növbəti üzv dövlətə verilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti