...

Tbilisi hava limanında sanitar nəzarət tətbiq olunub

Siyasət Materials 30 Aprel 2009 13:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Tbilisi hava limanında "donuz qripi" ilə bağlı sanitar nəzarət tətbiq olunub. İctimai sağlamlıq və xəstəliklərə nəzarət üzrə milli mərkəzin verdiyi məlumata görə, sərhəddəki nəzarət gömrük işçiləri tərəfindən həyata keçiriləcək.

Onların əsas işi "donuz qripi" qeydə alınmış ölkələrdən gələn vətəndaşları yoxlamadan keçirmək olacaq.

Mərkəzin məlumatına görə, hava limanında nəzarət xəstəliyin yayıldığı ilk gündən həyata keçirilir.

Bu mərhələdə Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi hər hansı ölkədən donuz əti idxalına qadağa qoymayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti